Размер шрифта

Интервал между символами

Цветовая схема

Изображения

ОБЫЧНАЯ ВЕРСИЯ САЙТА

Başın sağ olsun Türkiyə!

11 Февраля, 2023

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı fıilialının kollektivi Türkiyədə baş vermiş güclü zəlzələ ilə bağlı xəbərləri dərin kədər hissi ilə qarşılamışdır. Qardaş Türkiyə xalqının ağrısı bizim ağrımız, dərdi bizim dərdimizdir.

Allah faciə zamanı həlak olanlara rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin. Allahdan Türkiyə xalqına bu ağır durumdan tezliklə çıxmağa güc və səbir, xəsarət alan və yaralananlara tezliklə şəfa diləyirik.

Dualarımız və ürəklərimiz sizinlədir!