Hörmətli əməkdaşlar və əziz tələbələr!
Sizi 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni — 2024-cü il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu yeni ildə Sizlərə möhkəm can sağlığı, xöş əhvali-ruhiyyə, uğurlu fəaliyyət və yeni-yeni nailiyyətlər arzulayıram. Həyatınız daha uğurlu, daha firavan, Vətənimizin qüdrət və bütövlüyü əbədi olsun!
Hörmətlə,
M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayeva